Erməni diasporu Ermənistana ciddi təzyiq göstərir - Hikmət Çətin
Bizi izləyin

Nida Xəbər

Erməni diasporu Ermənistana ciddi təzyiq göstərir - Hikmət Çətin

Biz bu münaqişəni sülh yolu ilə həll etməyə can atanda ermənilər əzəli Azərbaycan torpaqlarını işğal edirdi.

Publika.az xəbər verir ki, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda paneldə çıxış edən Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib.

H.Çətin bildirib ki, Ermənistan Türkiyənin qonşusudur və biz bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırdıq: “Bu, Ermənistan üçün faydalı olardı çünki Ermənistan Türkiyə vasitəsilə dünyaya çıxa bilərdi, biz Ermənistana bunu təklif etmişdik”.

H.Çətin bildirib ki, dünyadakı erməni diasporu Ermənistana ciddi təzyiq göstərir: “Ermənilər diasporaya güvənib addım atmamalıdırlar onlar başa düşməlidirlər ki, onlar bu regionda yaşayırlar və ona görə də diasporaya qulaq asmamalıdırlar. Biz artıq keçmişi yaddan çıxarmalıyıq və gələcəyə baxmalıyıq.

Biz Qarabağ münaqişəninin sülh yolu ilə həll edilməsini gözləyirdik. Minsk Qrupu mühüm təşkilat idi, biz ümidli idik, ancaq onlar heç nə etmədi, uzun-uzadı görüşlər, danışıqlar faydasız oldu, 30 ildən sonra yalnız 44 günlük gücün tədbiq edilməsindən başqa yol qalmadı. İndi Ermənistan revanşizm haqqında düşünməli deyil, biz sülh alətlərindən daha çox istifadə etməliyik, regionda əməkdaşlığa üstünlük verməliyik. Azərbaycan bir çox sahələrdə inkişaf edib. Lakin Ermənistanda vəziyyət ürəkaçan deyil, gənc nəsil Ermənistanı tərk edir, çünki onlar Ermənistanda gələcək görmür. Regionda sülh olmalıdır və bu da Azərbaycansız mümkün olmayacaq. İndi biz yalnız sülh yolu tampalıyıq, silahlı həll yoxdur, biz ermənilərlə yaxşı münasibətlər qurmaq istəyirik. Ermnənistan xalqı Sovet ittifaqı tərkibində 70 il Azərbaycan xalqı ilə birgə yaşayıb. İndi münaqişə zamanı deyil, bizə sülh, sabitlik, əməkdaşlıq lazımdır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz tam sülh axtarırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm