Qərbi Balkan ölkələrində Aİ-yə daxil olmadan parlaq gələcək görülə bilməz -İvo Cosipoviç
Bizi izləyin

Nida Xəbər

Qərbi Balkan ölkələrində Aİ-yə daxil olmadan parlaq gələcək görülə bilməz -İvo Cosipoviç

Qərbi Balkanlar ərafında bir sıra illuziyalar mövcuddur. Düşünülür ki, kənardan kimsə gəlib problemləri həll edəcək. Düzdür, qonşu dövlətlər müəyyən köməkliklər edə bilər, lakin əsasən daxildən olan idarəetmə ilə bu problemlər həll yolunu tapa bilər.

Publika.az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda "Qərbi Balkanların qiymətləndirilməsi: İrəli yol" mövzusunda paneldə çıxış edən Xorvatiyanın keçmiş prezidenti İvo Cosipoviç deyib.

O bildirib ki, həmçinin, Qərbi Balkan ölkələrində Avropa İttifaqına daxil olmadan parlaq gələcək görülə bilməz: "Bu ittifaqa daxil olmaq bütün problemlərə son qoyacaq, ölkələrin stabilliyini bərqərar edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm