Forum çərçivəsində "Şərq Tərəfdaşlığı proqramı: potensialı nədir?" mövzusunda müzakirələr aparıldı
Bizi izləyin

Nida Xəbər

Forum çərçivəsində "Şərq Tərəfdaşlığı proqramı: potensialı nədir?" mövzusunda müzakirələr aparıldı

Noyabrın 6-da VIII Bakı Qlobal Forumu çərçivəsində "Şərq Tərəfdaşlığı proqramı: potensialı nədir?” mövzusunda panel iclası keçirilib.

Publika.az xəbər verir ki, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçən panel iclasda çıxış edən Rumıniyanın Baş nazirinin sabiq müavini Ana Birçal deyib ki, “Şərq tərəfdaşlığı” sağlam münasibətlərə söykənir. COVID-19 və digər problemlərin həllində də bu istiqamət əsas götürülməlidir. “Şərq tərəfdaşlığı” ölkələri arasında daimi sülh və əməkdaşlıq əlaqələri olmalıdır.

Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko deyib ki, son dövrlərdə dünyada qlobal problemlər yaşanır. Belə problemlərdən biri də Sovet İttifaqının dağılması idi. O proseslər zamanı milyonlarla insan aclıq və tələfat ilə üzləşmişdi. Belə problemlər bu gün kiberhücumlar, pandemiya kimi təhlükələrlə əvəzlənib. Ona görə də “Şərq tərəfdaşlığı” ölkələri, həmçinin dünya dövlətləri problemlərə qarşı birgə mübarizə aparmalıdırlar. "Qarabağ döyüşlərində Azərbaycan Ordusu 4 milyard dollaradək qiyməti olan erməni hərbi texnikasını məhv etdi. Soruşmaq lazımdır, bu silahlar haradandır? “Şərq tərəfdaşlığı”nın bəzi ölkələrinin heç ümumilikdə bu qədər hərbi ehtiyatı yoxdur. Məncə, bu məsələyə aydınlıq gətirilməlidir", - deyə Viktor Yuşşenko əlavə edib.

Azad olunan torpaqlarımızda yenidənqurma işləri barədə danışan Latviyanın sabiq Prezidenti Valdis Zatlers qeyd edib ki, bu işlərdə zərər çəkmiş tərəf kimi Azərbaycana yardım əli uzadılmalıdır.

Moldovanın sabiq Prezidenti Petru Luçinski çıxışında postpandemiya dövrünə dair fikirlərini bölüşüb. Bildirib ki, COVID-19-dan sonra dünyada müsbət tendensiyalar yaşanacaq. Lakin bunun üçün çox çalışmaq, sıx qarşılıqlı əməkdaşlıq etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm