Azərbaycan kimi tərəfdaşımız olmasaydı, bizim üçün çətin olardı - Eka Tkeşelaşvili
Bizi izləyin

Nida Xəbər

Azərbaycan kimi tərəfdaşımız olmasaydı, bizim üçün çətin olardı - Eka Tkeşelaşvili

Əgər Azərbaycan kimi uzunmüddətli tərəfdaşımız olmasaydı, qaz təchizatı bizim üçün çətin olardı.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş nazirinin müavini Eka Tkeşelaşvili Qlobal Bakı Forumu çərçivəsində “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.

O bildirib ki, Rusiya enerji təchizatından müstəqillik əldə etməliyik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm