İsveçdə Zəfər Gününə həsr olunmuş aksiya təşkil olundu
Bizi izləyin

Nida Xəbər

İsveçdə Zəfər Gününə həsr olunmuş aksiya təşkil olundu

İsveçin Yöteborq şəhərində 8 noyabr – Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildirilib ki, komitənin dəstəyi və İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatın əks olunduğu avtomobilin Yöteborq şəhərinin mərkəzi küçələrində hərəkəti təmin olunub.

Ölkəmizin azad edilmiş torpaqlarının təsviri fonunda təqdim edilmiş məlumatda 8 Noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsinə diqqət cəlb edilib, “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm