Fuad Muradov ABŞ-dakı azərbaycanlılarla görüşdü
Bizi izləyin

Nida Xəbər

Fuad Muradov ABŞ-dakı azərbaycanlılarla görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş Nyu-York ştatında baş tutub və ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor aktivləri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Muradov 8 noyabr - Zəfər Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Vətən müharibəsi dönəmində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik fəaliyyətlərinə görə diaspor aktivlərinə minnətdarlığını bildirib.

Komitə sədri xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu deyib. O, son dövrlər diaspor sahəsində görülən işlər, soydaşlarımızın işbirliyi içində uğurlu fəaliyyət haqqında danışıb.

Onun sözlərinə görö, 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb. Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyətindən danışan komitə sədri bildirib ki, şura Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işində uğurlu yol qəth edib.

Nyu-York icmasının uğurlu fəaliyyətindən danışan F.Muradov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, heç bir əsası olmayan erməni iddialarının ifşası ilə əlaqədar icma üzüvlərinin böyük işlər gördüyünü vurğulayıb. O, Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdərəlini “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə tətlif edib.

F.Muradov pandemiya səbəbi ilə bir il gecikən Dünya Azərbaycanlılarının 5-ci Qurultayının gələn il Bakı şəhərində baş tutacağını deyib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən dövr ərzində ABŞ-ın müxtəlif şəhər və ştatlarında reallaşan layihələrə dair videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən soydaşlarımız müxtəlif mövzularda onları narahat edən problemlər haqqında danışıblar. Çıxışlarda Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb. Sonda F.Muradov ilə diaspor aktivləri xatirə fotosu çəkdiriblər. ("Repor")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm