Nida Xəbər
Beynəlxalq Türk Akademiyası Zəfər Günü münasibətilə bəyant yaydı
Beynəlxalq Türk Akademiyası Zəfər Günü münasibətilə bəyanat yayıb.
Publika.az-a daxil olan bəyanatda deyilir:
“Beynəlxalq Türk Akademiyasının qurucu üzvü Azərbaycan Respublikası 8 Noyabr - Zəfər Gününü qeyd edir. Bu əlamətdar tarix qardaş Azərbaycan xalqının ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı şanlı mücadilənin, birlik və bərabərliyin sarsılmaz təntənəsi oldu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Birləşmiş Millətlər Təşkilatının onillər boyu kağız üzərində qalan, ədalətsizliyə, hüquqsuzluğa son qoya bilməyən qətnamələrini öz gücü ilə icra etmiş oldu.
Möhtəşəm Zəfər Azərbaycanın inkişafı və çiçəklənməsinə, bölgəmizdə və regionumuzda davamlı sülhün, təhlükəsizliyin, inkişafın təmin edilməsinə, eyni zamanda bütün Türk dünyasında əməkdaşlığın yeni, daha səmərəli və maneəsiz mərhələyə qədəm qoymasına yol açdı. Beynəlxalq Türk Akademiyası olaraq Azərbaycan Respublikasını, qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi rəhmətlə anır, qazilərimizə Allahdan şəfa diləyirik. Şanlı Zəfər Günümüz, birlik və bərabərliyimiz əbədi olsun!”
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?