Ankarada “Bu zəfər hamımızındır” adlı tədbir keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Ankarada “Bu zəfər hamımızındır” adlı tədbir keçirildi - FOTO

II Qarabağ savaşında bütün Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx surətdə birləşərək, böyük bir zəfərə imza atdı. Bu zəfərin qazanılmasında dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir ölkə vətəndaşının rolu danılmazdır. Əsrlərdir sülh şəraitində yaşayan insanlarımız dünyaya bir daha sübut etdilər ki, müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin bünövrəsini qoyduğu multikulturalizm siyasəti dünyanın dərindən öyrənməli və nümunə götürməli olduğu siyasətdir.

Publika.az xəbər verir ki, bu fikirlər Ankarada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təmsil etmək məqsədi ilə yaradılan Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən “Bu zəfər hamımızın ortaq zəfəri” adlı tədbirdə dilə gətirilib.

Ankarada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, siyasi qurumların nümayəndələrinin, qardaş ölkədə yaşayan və çalışan ziyalıların, həmçinin tələbələrin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, yazıçı - jurnalist Oktay Hacımusalı bu savaşda və ümumiyyətlə Azərbaycan cəmiyyətində multikulturalizmin, dini, milli və irqi dözümlülüyün önəmindən danışıb. Natiq bildirib ki, birgəyaşayaşın, dözümlülüyün, multikultral ənənələrin Azərbaycanda əsrlərdir var, bu savaşda da çiyin - çiyinə savaşaraq Vətəni işğaldan azad edənlər arasında müxtəlif dinlərin və etnik qrupların nümayəndələri olub.

Daha sonra çıxış edən Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin sədri, araşdırmaçı yazar Derya Akdemir Azərbaycanın mədəniyyətinin, incəsənətinin qədimliyindən, bu qədimliyin siyasi - ideoloji düşüncəyə də ciddi mənada təsir etdiyini bildirib. O, qeyd edib ki, bu savaşda canlarını sevə - sevə Vətən yolunda fəda edənlərlə yanaşı, özünü azərbaycanlı və türk hesab edən hər kəs canı, qanı ilə Vətəninin yanında idi, ürəyi zəfər həyəcanı ilə döyünürdü.

Növbəti çıxışçılar Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Yücel Karauz, Yenidən Refah Partiyası sədrinin I müavini Doğan Bekin, əfsanəvi Sultan bəyin nəvəsi Nəcib Laçın, İç Anadolu Dərnəyinin sədri İsmət Taş, Osmanlı Səfərbərlik Xalq Hərəkatının sədri Məhmət Barbaros Öztürk bu savaşda hər zaman olduğu kimi Azərbaycanın və Türkiyənin bir birinə mənəvi dəstək verərək zəfərə addım - addım irəlilədiyini bildiriblər.

Şeirlər, musiqilər, mövləvi və Türkiyənin məşhur Efe rəqsləri ilə davam edən tədbirin yekununda hər kəs Türkiyə Azərbaycan qardaşlığının əbədiliyindən, sözü gedən qardaşlığın II Qarabağ Müharibəsində qazanılan zəfərlə daha da möhkəmləndiyindən bəhs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm