Tanınmışların Zəfər günü təbriki - VİDEO
Bizi izləyin

Nida Xəbər

Tanınmışların Zəfər günü təbriki - VİDEO

"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyi 8 noyabr Zəfər günü ilə əlaqədar tanınmış simaların bayram müraciətləri əsasında xüsusi video təbrik hazırlayıb.

Birliyin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin Publika.az-a verdiyi məlumata görə video təbrikdə "İMZA"- çılar adından İB-nin sədri Xəyyam Əsgərov, o cümlədən dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, millət vəkilləri, ziyalılar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və qalib Azərbaycan xalqına qələbə münasibətilə öz təbriklərini, xoş arzularını çatdırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm