Akar Ermənistana ÇAĞIRIŞ ETDİ: "Zəngəzur dəhlizinin heç kimə zərəri yoxdur"
Bizi izləyin

Nida Xəbər

Akar Ermənistana ÇAĞIRIŞ ETDİ: "Zəngəzur dəhlizinin heç kimə zərəri yoxdur"

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm təhlükəsizlik, həm də tərəflərin hüquq və mənafeləri baxımından nələrin edilə biləcəyi ilə bağlı açıqlamalar veriblər. Biz Azərbaycan və Türkiyə prezidentlərinin uzatdıqları sülh əlini Ermənistanın bir fürsət kimi nəzərdən keçirməsini və istifadə etməsini istəyirik".

Publika.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.

H.Akar bu məsələdə Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İranın rolunu qeyd edərək bildirib ki, bu ölkələr birlikdə danışıqlar yolu ilə sabit mühitin əldə olunmasını təmin etməlidir: "Baxın, dünyanın müxtəlif bölgələri var ki, orada münaqişələr, problemlər var. Bu bölgələrdə danışıqlarla siyasi həll yolu tapanlar çox daha təhlükəsiz və firavan yerlərə gəliblər. Bunu görmək lazımdır. Əlbəttə, burada əsas amil Ermənistanın bunu dərk etməsidir. Əgər bunu başa düşərək bu yöndə hərəkətə keçsə, lazımi töhfələri versə və reaksiyalar göstərsə, həm təhlükəsizlik və sabitlik, həm də rifah baxımından çox ciddi irəliləyiş əldə oluna bilər.

Zəngəzur dəhlizinin heç kimə zərəri yoxdur. Yəni burada görülməli olan iki toplumun görüşüdür. Biz də onlara dəstək verməliyik, buna mane olmamalıdır. Bu cür hadisələr rifahı təmin edir. Bu, yalnız Azərbaycanda üçün deyil. Bütün bölgə ölkələrinin də bundan faydalanmaq imkanı olacaq".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm