Azərbaycan manatı ermənilər üzərində təsir qazana bilər
Bizi izləyin

Nida Xəbər

Azərbaycan manatı ermənilər üzərində təsir qazana bilər

Ermənistanda gündəm Gorus-Qafan yolunun Azərbaycan ərazisində düşən Eyvazlı-Çəmənli hissəsində gömrük məntəqəsinin qurulmasıdır: 11 noyabr tarixindən etibarən bu yoldan keçən erməni maşınlar da rüsum ödəməli olacaqlar;

Ermənistan hakimiyyəti vətəndaşlarına alternativ Qafan-Aqvani-Tatev yolundan istifadə etməyi tövsiyə edir. Paşinyan bildirir ki, alternativ yoldan özü istifadə edib, hər şey qaydasındadır. Lakin əlavə edir ki, hazırda qoşqulu maşınların keçidi çətindir, bunun üzərində iş aparılır.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə qeyd edir ki, Eyvazlı-Çəmənli yolundan istifadə etmək istəyənlər müəyyən ödəniş etməli olacaqlar.

Müxalif qüvvələr Gorus-Qafan yolunda baş verənlərlə bağlı İrəvanda hökumət binası önündə aksiya keçirib: polis kütləni dağıdıb, 33 nəfər saxlanılıb.

Yolda gömrük məntəqəsinin qurulmasının üç mümkün nəticəsi ola bilər:

Birincisi, üç kəndin - Şahverdilər (Vorotan), Şurnuxu və Bərdzrəvan - təxminən 700 nəfər olan əhalisinin bu yoldan istifadə etməyə məcbur olmasıdır: kəndlərin Paşinyanın təklif etdiyi alternativ yola çıxış imkanları məhduddur;

İkincisi, Eyvazlı-Çəmənli yolundan istifadə edən ermənilərin ödənişi hansı valyuta ilə etməsidir: dollar, yaxud manatla olacaq; erməni ekspertlər qeyd edir ki, Azərbaycan manatla ödənişə məcbur edə bilər və bu, Azərbaycan valyutasının Ermənistana daxil olması ilə nəticələnə bilər;

Əslində ermənilər üzərində təsir imkanlarının artırılması baxımından manatla ödəniş ən unikal variantdır.

Üçüncüsü, Ermənistanın Eyvazlı-Çəmənli yolu istiqamətində sərhədin delimitasiyasını qəbul etməsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm