Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
Bizi izləyin

Nida Xəbər

Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında bu ölkənin Baş naziri Nikol Paşinyanın söylədiklərini şərh edib.

Publika.az-ın xəbərinə görə, XİN-in açıqlamasında qeyd edilir ki, ilk növbədə qeyd etmək istərdik ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, ötən həftə, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, 13 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Vurğulayırıq ki, Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər.

Həmçinin xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm