Ceyhun Bayramov: "Üçtərəfli bəyanatların tam icrası mühümdür"
Bizi izləyin

Nida Xəbər

Ceyhun Bayramov: "Üçtərəfli bəyanatların tam icrası mühümdür"

“Dayanıqlı sülh, inkişaf və tərəqqi Azərbaycanın gələcək vizyonunun əsasını təşkil edir və bu xüsusda, üçtərəfli bəyanatların tam icrası mühümdür. Azərbaycan tərəfi bu istiqamətdə atılan addımlara Ermənistanın qarşılıq verməsini gözləyir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Baramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

Nazir bildirib ki, bölgədə bütün kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan ərazisindən keçməklə həm bu iki ölkə, həm də bütün bölgə ölkələri, eləcə də tərəfdaşlarımızın xeyrinə ticarət və nəqliyyat daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək:

“Bu xüsusda Zəngəzur dəhlizinin önəmli təşəbbüsdür. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi kimi Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində və ondan kənarda etibarlı və təhlükəsiz logistik dəhizləri təmin etmək səylərinə töhfə verəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm