Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçildi - FOTO

Bu gün UNESCO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində UNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.

XİN-dən Publika.az-a verilən mılumata görə, seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış üç vakant yerlərdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülüb.

Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan Respublikası 143 səs toplayaraq Şuraya üzv seçilib.

Ölkəmizin namizədliyinin yüksək sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahəsinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir.

UNESCO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə UNESCO-nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün UNESCO üzv dövlətlərinə öz minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm