XİN UNESCO İcraiyyə Şurasına üzvlüklə bağlı MƏLUMAT YAYDI
Bizi izləyin

Nida Xəbər

XİN UNESCO İcraiyyə Şurasına üzvlüklə bağlı MƏLUMAT YAYDI

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının 2021-2025-ci illər üzrə UNESCO İcraiyyə Şurasına üzv seçilməsi ilə bağlı məlumat yatıb.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 17-də UNESCO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində təşkilatın İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış üç vakant yerdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülmüşdü. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan Respublikası 143 səs toplayaraq Şuraya üzv seçilib.

“Ölkəmizin namizədliyinin çoxlu sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahələrinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir.

UNESCO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə UNESCO-nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün UNESCO üzv dövlətlərinə minnətdarlığını bildirir”, - deyə məlumatda bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm