• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Türkiyə XİN Azərbaycanı TƏBRİK ETDİ - FOTO

Türkiyə XİN Azərbaycanı TƏBRİK ETDİ - FOTO

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Azərbaycanı UNESCO-nun İcraiyyə Şurasına üzv seçilməsi münasibətilə təbrik edib.

Publika.az Türkiyə xarici işlər nazirinin müavini bu barədə "Twitter"dəki səhifəsində yazıb.

“2021-2025-ci illər üçün ölkəmizlə birlikdə UNESCO-nun İcraiyyə Şurasına üzv seçilən can Azərbaycanı səmimi qəlbdən təbrik edirik. Türkiyə-Azərbaycan qardaşlığı UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində qlobal işinə töhfə vermək üçün əla fürsət olacaq”, - Türkiyə xarici işlər nazirinin müavini qeyd edib.

Qeyd edək ki, UNESCO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində UNESCO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb.

Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR