Azərbaycanlı müəllifin Qarabağdan bəhs edən kitabı Parisdə nəşr olundu - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı müəllifin Qarabağdan bəhs edən kitabı Parisdə nəşr olundu - FOTO

Tarixi fanatik düşüncə, emosiyalar və xüsusilə də kəskin ideoloji fikirlərlə çirklənən elə münaqişələr var ki, müşahidəçi və tarixçilər bunların üstündə işləyərkən çətinliklərlə üzləşirlər: İsrail-Fələstin münaqişəsi yerinə düşən simvolik nümunədir. Eynisini müstəqil Azərbaycan və Ermənistan münaqişəsinə də aid etmək olar. Fransa Alzas və Loreni geri qaytarmaq üçün nə qədər mübarizə aparıbsa, fransızlar Azərbaycanın Qarabağı qaytarmaq istəyini bir o qədər anlaya bilər.

Publika.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə Kamala Muradın müəllifi olduğu “Azərbaycan və Ermənistan münaqişəsi: yaxşı və pisdən kənar” adlı nəşr olunan kitab özündə məhz bu ruhu ehtiva edir.

Müəllifin fransız dilində yazdığı kitab artıq ölkənin satış mərkəzlərinə verilib.

Oxucunun diqqətinə çatdırılır ki, BMT-nin Dağlıq Qarabağ adı ilə tanınan müharibədə (1988-1994) İrəvanın zəbt etdiyi əraziləri tərk etməsi ilə bağlı qərarlarını Ermənistanın rədd etməsi 2020-ci ildə 44 günlük müharibəyə səbəb oldu. Burada radikal islamçıların xristianlara qarşı müharibəsindən söhbət gedə bilməz, çünki Azərbaycan müxtəlif xalqların, o cümlədən yəhudilərin min ildən artıqdır ki, yaşadığı və bütün dinlərin eyni hüquqlara malik olduğu dünyəvi bir ölkədir. Bir çox müşahidəçinin də radikal islamçı olaraq təhlükə kimi gördüyü İran molla rejiminin bu savaşda Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsi buna sübutdur.

Kitab Qərb güclərinin laqeyd yanaşdığı münaqişəyə dair məlumatları yenidən xatırlatmağa, SSRİ-nin süqutundan sonra Rusiyanın regiondan uzaqlaşdırılması və onun yenidən regiona qayıtmasından bəhs etməklə yanaşı, Qərb, xüsusilə Fransa mediasında hadisələrin qeyri-obyektiv təqdimatını detallı analiz edir. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi haqqında oxuduqlarımız barədə çox fərqli perspektiv açır.

Bir sözlə, hər hansı bir icma mənafeyinin və yaxud siyasi oyunların respublika dəyərlərindən, bitərəf, obyektiv informasiya alıb və vermək azadlığından üstün tutulmasının qəbuledilməz və təhlükəli olduğunu oxucuların diqqətinə çatdırır.

Müəllif Kamala Murad beynəlxalq iqtisadi əlaqələr üzrə mütəxəssis və eyni zamanda yazar kimi fəaliyyət göstərir. Paris Panteon-Assas Universitetinin Kommunikasiya və İnformasiya ixtisası üzrə magistr dərəcəsini alıb. Paris Biznesi İdarəetmə Ali Məktəbinin MBA diplomunun sahibidir. Kommunikasiya, təhlükəsizlik və infrastruktur sahələrində, xüsusilə də Fransa-Azərbaycan arasında ikitərəfli əlaqələrdə böyük təcrübəyə sahibdir. Beynəlxalq Frankofon Mətbuatı Birliyinin üzvü olub. 1998-ci ildə Azərbaycanda ilk fransızdilli qəzetin əməkdaşı, daha sonra redaktoru işləyib. Hazırda Parisdə yaşayır.

Qeyd edək ki, dünən Parisdə kitabın media nümayəndələri üçün təqdimat mərasimi keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm