Nida Xəbər
Ombudsman "Karabakh Memorial" layihəsinin təqdimatında çıxış etdi - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Erməni terrorunun azyaşlı qurbanları” adlı layihənin təqdimatında iştirak edib.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, tədbir zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış "Karabakh Memorial” internet resursunun təqdimatı keçirilib. Tədbirə bir sıra dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının və ali təhsil müəssisələrinin nümayəndələri qatılıblar.
Ombudsman Səbinə Əliyeva tədbirdə “Vətən müharibəsi dövründə Ermənistan tərəfindən uşaq hüquqlarının pozulması” mövzusunda çıxış edib. S. Əliyeva çıxışında Ermənistan silahlı qüvvələrinin Naftalan, Ağcabədi, Gəncə, Tərtər, Bərdə kimi şəhər və rayonlarımızda yerləşən mülki yaşayış məntəqələrini qadağan edilmiş silahlardan atəşə tutması nəticəsində həlak olmuş və yaralanmış uşaqlar barədə danışıb.
Vurğulanıb ki, uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Müharibə dövründə bu mövzu ilə əlaqədar, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket hücumlarına məruz qalması faktları ilə bağlı Ombudsmanın müvafiq beynəlxalq təşkilatlara ünvanladığı hesabat və müraciətlər barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Ombudsman çıxışı zamanı onu da əlavə edib ki, müharibə dövründə mülki obyektlərin atəşə tutulması nəticəsində həlak olmuş uşaqların ailələri və valideynlərini itirmiş uşaqlar, həmçinin şəhid övladları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların vəziyyəti daim diqqətdə saxlanılır. Bununla yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş ailə və uşaqların psixoloji sağlamlığının bərpası məqsədilə geniş fəaliyyətin həyata keçirildiyi də diqqətə çatdırılıb.
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama