İstanbulda TƏBİİ FƏLAKƏT: 4 nəfər öldü, 38-i yaralandı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

İstanbulda TƏBİİ FƏLAKƏT: 4 nəfər öldü, 38-i yaralandı - VİDEO - (YENİLƏNDİ)

İstanbulda baş verən qasırğa nəticəsində yaralananların sayı 38-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O, bildirib ki, təbii fəlakət nəticəsində 38 nəfər yaralanıb, daha 4 nəfər həlak olub.

Bundan öncə rəsmiləri qasıra zamanı baş verəndağıntıları nəticəsində 4 nəfərin öldüyünü və 19 nəfərin yaralandığını bildirib.

Türkiyə Sahil Mühafizəsi güclü külək səbəbindən Bosfor boğazında gəmilərin hərəkətinin dayandırılması barədə məlumat yayıb. Eyni səbəbdən Türk Hava Yollarının bir neçə təyyarəsi İstanbula enə bilməyib, Ankara və İzmirə göndərilib.

Hüseyn

xxx

19:24

İstanbulda baş verən fırtına nəticəsində ölən və xəsarət alanların sayı artıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 19 nəfər xəsarət alıb.

3 yaralının vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub.

xxx

17:28

Türkiyənin İstanbul şəhərində güclü külək bir sıra dağıntılara səbəb olub. Bu dəqiqələrdə də davam edən güclü külək 2 nəfərin həyatına son qoyub.

Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, güclü külək İstanbulda bir neçə binanın damını uçurub. Hətta Esenyurt səmtində külək evlərin damlarını küçədən keçənlərin üzərinə atıb.

Bir nəfər damın altında qalan qadın isə həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Hətta İzmir və Koceli bölgələrində də güclü küləyin böyük fəsadlara yol açdığı bildirilir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm