Fransa səfiri də başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

Fransa səfiri də başsağlığı verdi

Fransanın Azərbaycandakı səfiri Zakari Qross helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Publika.az xəbər verir ki, bununla bağlı səfir "Twitter"də paylaşım edib.

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm