Helikopterin neçə dəqiqə sonra qəzaya uğradığı AÇIQLANDI
Bizi izləyin

Nida Xəbər

Helikopterin neçə dəqiqə sonra qəzaya uğradığı AÇIQLANDI

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopter qəzasının baş vermə vaxtı açıqlanıb.

Publika.az xəbər ki, bu barədə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi brifinqdə bildirib:

“Baş vermiş hadisə ilə əlaqədar qeyd etmək istərdim ki, bu gün DSX-nin Mİ-17 tipli 20136 bort nömrəli helikoteri təlim məqsədi ilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətində hərəkətlənmişdir. Saat 10:36-da təlim meydanında təyin olunmuş meydana eniş edərkən helikopter qəzaya uğramışdır. Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak olmuş, 2 hərbi qulluqçumuz yaralanmışdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm