Sərhəd məsələsində Azərbaycanın gözləntisi - Nazirdən AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Sərhəd məsələsində Azərbaycanın gözləntisi - Nazirdən AÇIQLAMA

“Azərbaycan ərazilərini işğaldan azad edərək, Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq güc yolu ilə yaratdığı qondarma “reallığı” əvəz edən ədalət və asayişi bərpa edir”.

Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.

XİN rəhbərinin sözlərinə görə, bunun nəticəsidir ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildən sonra ilk dəfə sülh əldə edilə bilər:

“Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilən görüşü irəliyə doğru mühüm addımdır. Üç lider əvvəllər razılaşdırılmış parametrlərin həyata keçirilməsi ilə bağlı ətraflı və əsaslı müzakirələr aparıb, həmçinin münaqişədən sonrakı normallaşma ilə bağlı gələcək addımları müəyyən edib.

Bu ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyasının məşvərətçi rolu ilə ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gözləyir ki, bu sazişlər təxirə salınmadan reallaşacaq və Cənubi Qafqazı daha sabit məkana çevirmək məqsədimizə töhfə verəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm