Nida Xəbər
Ceyhun Bayramov: "Azərbaycan Əfqanıstandakı vəziyyəti yaxından izləyir"
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində “Əfqanıstandakı vəziyyətin ATƏT regionuna təsiri” mövzusunda müzakirələrdə iştirak edib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Müzakirələr zamanı nazir Ceyhun Bayramov Əfqanıstanda sülh və sabitliyin bölgədəki vəziyyətlə qarşılıqlı əlaqəsi olduğunu qeyd edib.
Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izlədiyini qeyd edən nazir, Əfqanıstanda yaranmış vəziyyətin ilk növbədə humanitar fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq yardımın göstərilməsinin zəruriliyini vurğulayıb.
Həmçinin, Əfqanıstanda baş verən hadisələrin, Əfqanıstana qonşu olan ATƏT-ə üzv dövlətlərin sabitliyinə və təhlükəsizliyinə təsir etməsini bildirən nazir Ceyhun Bayramov, bu istiqamətdə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, narkotik qaçaqmalçılığının aradan qaldırılması və bu kimi digər məsələlərdə ATƏT-in vacib rol oynaya biləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR