Nida Xəbər
Komando hərbi hissəsində taktiki təlim keçirildi - FOTO/VİDEO
2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, şəxsi heyət “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna hərəkət edib.
Təlimin senarisinə uyğun olaraq verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə keçən heyət atəş mövqelərini tutaraq atıcı silahlardan və qumbaraatanlardan atışlar icra edib.
Təlimin əsas məqsədi şəxsi heyətin atıcı silahlardan istifadəetmə bacarıqlarının və Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi