Mehriban Əliyeva Prezidentlə Yeni il fotosunu PAYLAŞDI
Bizi izləyin

Nida Xəbər

Mehriban Əliyeva Prezidentlə Yeni il fotosunu PAYLAŞDI

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yeni illə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, Birinci vitse-prezidentin "Instagram" hesabındakı paylaşımında deyilir:

"Əziz bacılar və qardaşlar!

Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!

Sevgilərlə,

Sizin MEHRİBAN"

Bu gönderiyi Instagram'da gör

Oxumağa davam et
Reklam
Reklam

Gündəm