Nida Xəbər
"Evə-Avropaya" "Gürcü arzusu"nu ittiham etdi

Gürcüstanda “Evə - Avropaya” hərəkatının açıqlamasına görə, əhali ilə görüşlərdə təşkilat nümayəndələrinə “Gürcü Arzusu”nun tərəfdarları və dövlət məmurları maneçilik törədiblər.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi bəyanatında qeyd edilib.
Təşkilatın bəyanatına əsasən, Telavi, Xoni, Zuqdidi, Kutaisi, Batumi, eləcə də Tbilisidə məlumat kitabçalarının paylanması zamanı görüşlər aqressiv hakim partiya tərəfdarları və dövlət məmurları tərəfindən dağıdılmağa cəhd olunub. Hətta bəzi hallarda tərəflər arasında fiziki qarşıdurmalar baş verib. Təşkilat iqtidar partiyasını əks-məhsuldar təxribatları dayandırmağa çağırır, çünki onlar bunun ölkənin reputasiyasına ciddi zərbə vuracağını bildirirlər. Onların fikrincə, qeyd olunan hərəkətlər qanuna ziddir və buna görə də Daxili İşlər Nazirliyini görüşlər zamanı nümayəndələrinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Bəyanatda bildirilir ki, “Evə - Avropaya” hərəkatı 3 iyul tarixində genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. Aksiyadan əvvəl isə regionlara gedərək, tədbir barədə əhaliyə məlumatlar çatdırır.
Qeyd edək ki, 24 iyunda Tbilisidə keçirilən “Evə - Avropaya” adlı aksiyada İrakli Qaribaşvilinin istefası və "Texniki hökumət"in qurulması üçün hakim partiyaya 1 həftə vaxt verilib.
Tural Turan

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ