Hazırda Laçında nə qədər erməni yaşayır? - RƏQƏMLƏR
Bizi izləyin

Nida Xəbər

Hazırda Laçında nə qədər erməni yaşayır? - RƏQƏMLƏR

“Hazırda Laçın şəhərində 180-ə yaxın erməni yaşayır. Burada demək olar ki, cəmi 30-a yaxın ailə qalıb".

Publika.az xəbər verir ki, bunu Laçında yaşayan ermənilərin "icma rəhbəri" Narek Aleksanyan deyib.

"İcma rəhbəri" etiraf edib ki, 2020-ci ilin dekabrından sonra onlarla ailə Laçını tərk edərək Gorusa, Qafana və Xankəndiyə sığınıb.

O, bildirib ki, Laçın şəhərinin və ətraf ərazilərin Azərbaycana qaytarılmasından sonra yerdə qalan əhali də Ermənistana köçməyə hazırlaşır:

"Ermənistan hökuməti bizi evlə təmin edəcəkmi, bilmirəm. Amma bizdən əvvəlkilər evlə təmin olunmadı. Hələ ki, sakit şəkildə gözləyirik. 10-a yaxın ailə artıq köçmək haqqında düşünüblər. Digərləri isə son anda qərar verməyi planlaşdırır".

Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm