Assancın vəkili danışdı: 175 il...
Bizi izləyin

Nida Xəbər

Assancın vəkili danışdı: 175 il...

“WikiLeaks”in qurucusu Culian Assanc onun ABŞ-a ekstradisiyası qərarından apellyasiya şikayəti verib.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili informasiya yayıb.

Vəkili deyib ki, C.Assanc bundan əvvəl Britaniya məhkəməsinə iki apellyasiya şikayəti təqdim edib. İndi onun şikayətinə baxılıb-baxılmaması barədə qərar veriləcək.

İyunun ortalarında Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Assancın ABŞ-a ekstradisiyasına dair qərar verib ki, burada o, casusluq və məxfi məlumatların açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunur. Assancı 175 il həbs cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm