Hökumətə verilən vaxt bu gün başa çatır: "Get!"
Bizi izləyin

Nida Xəbər

Hökumətə verilən vaxt bu gün başa çatır: "Get!"

Gürcüstanda vətəndaş cəmiyyətinin təşkilatçılığı ilə bu gün parlamentin qarşısında genişmiqyaslı aksiya keçiriləcək.

Publika.az xəbər verir ki, aksiya saat 20:00-da başlayacaq.

Mitinqin təşkilatçılarının elan etdiyi kimi, vətəndaş cəmiyyəti baş nazir İrakli Qaribaşvilinin istefasını və milli konsensus hökumətinin yaradılmasını tələb edir. Bunun üçün hökumətə verilən bir həftəlik vaxt başa çatır.

Bundan başqa, “Utanc” hərəkatı Tbilisidə baş tutacaq genişmiqyaslı aksiyadan sonra Rustaveli prospektində bir gecəlik qalmağa hazırlaşır. Hərəkatın yaydığı bəyanatda deyilir: “Son günlər hakimiyyətin atdığı addımlar təsdiq edir ki, oliqarx sistemi ictimai tələbləri yerinə yetirmək fikrində deyil, ona görə də iyulun 3-də saat 20:00-da yenidən Rustaveli prospektində toplanacağıq!

Hökuməti güzəştə getməyə məcbur etmək üçün etirazımız daha da şiddətlənəcək, lakin mütləq dinc və qeyri-zorakı formada davam edəcək. Ona görə də biz iyulun 3-də Rustaveli prospektində bir gecə qalmağa hazırlaşırıq ki, bunun da konkret məqsədi olacaq. Parlament qarşsında keçirilən gecə hər bir vətəndaş üçün maraqlı və rəngarəng olacaq, bunun üçün müxtəlif tədbirlər nəzərdə tutulub”, - deyə “Utanc” Hərəkatının yaydığı məlumatda deyilir.

Qeyd edək ki, 24 iyun tarixində Tbilisidə keçirilən "Evə - Avropaya" aksiyasında vətəndaş cəmiyyəti tərəfindən İrakli Qaribaşvilinin istefa etməsi və qış gələnə qədər Avropa İttifaqının təqdim etdiyi 12 bəndin hamısını yerinə yetirəcək milli hökumət yaradılması tələbi irəli sürülmüşdü.

Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm