200 ailə Ağalıya nə vaxt köçəcək? - ÖZƏL
Bizi izləyin

Nida Xəbər

200 ailə Ağalıya nə vaxt köçəcək? - ÖZƏL

“Ağalı kəndində 41 evin tikilib təmir olunması prosesi tam olaraq başa çatıb. Hazırda ikinci mərhələ üzrə evlərin təmir işləri aparılır. Çox güman ki, növbəti 160 evin təmiri sentyabra, yeni dərs ili açılana qədər başa çatacaq.”.

Bunu Publika.az-a açıqlamasında işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinin sakini Vəliyəddin Paşayev deyib.

Ağalı kənd sakini bildirib ki, özü hazırda doğma kəndindəki yenidənqurma və bərpa işlərində inşaatçı kimi çalışır: “Növbəti mərhələdə köç üçün nəzərdə tutulan evlərin təmir işləri sürətlə aparılır. Biz birinci mərhələdə köçəcəyik. Deyiblər ki, beş-on günə köç başlayacaq. Amma dəqiq və konkret vaxt söyləmirlər. Püşkatmadan sonra “Qaçqınkom”dan bizimlə əlaqə saxlayan olmayıb. Ümumilikdə burada 200 ev tikilib və bu il ərzində Ağalı kəndinə 200 ailənin köçü planlaşdırılır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm