Nida Xəbər
Tbilisidə təhlükəsizlik gücləndirildi: etirazçılar hökumət binasının önünə toplaşdı

Gürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan “Avropaya - Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib.
Publika.az xəbər verir ki, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar səhər saatlarından etibarən səs-küylə, fitlə və zərb alətlərinin sədaları altında hökumətin siyasətinə etirazlarını ifadə edirlər.
Təşkilatçılar bildiriblər ki, hakim "Gürcü Arzusu" partiyasının siyasəti ölkənin Avropa ilə bağlı gələcəyinə təhdid yaradır.
Məlumata görə, bu gün hökumətin növbəti iclası keçirilməlidir. Administrasiya qarşısında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vurğulanır.
Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar ərazini tərk etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, aksiyanın əsas tələbi Baş nazir və hökumətin istefası, həmçinin milli barışıq hökumətinin yaradılmasıdır.
Tural Turan

-
Sosial16:40
Bu məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - FOTO
-
Cənubi Qafqaz16:15
Rus hərbçilər Ermənistanda səngər qazır: toqquşmaya hazırlıq başladı - FOTO
-
Qadın16:00
Şok! 70 yaşlı "lənətlənmiş qadın" əkiz uşaq doğdu - FOTO
-
Dünya15:10
Lavrov Blinkenlə Borreli ələ saldı: Qorxurlar, mən isə qaçmamışam
-
Hadisə14:50
Azərbaycanda polkovnik vəfat etdi - Foto
-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR
-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?