Qonşuda ərzaq bahalaşdı
Bizi izləyin

Nida Xəbər

Qonşuda ərzaq bahalaşdı

"2022-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,2%, illik inflyasiyanın səviyyəsi isə 12,8% təşkil edib".

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

İllik inflyasiyanın formalaşmasına əsasən, aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri qeydə alınıb.

Ərzaq və alkoqolsuz içkilər: qrup üzrə qiymətlər 21,8% artaraq illik inflyasiyanı 6,86% bənd əks etdirib.

Həmçinin qiymətlər aşağıdakı alt qruplar üzrə artıb:

Çörək və çörək məhsulları - 35%

Bostan və tərəvəzlər - 33,4%

Meyvə və üzüm - 31,8%

Mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr - 24%

Süd, pendir və yumurta - 19,5%

Qəhvə, çay və kakao - 18%

Balıq - 17,9%

Şəkər, mürəbbə və digər şirniyyatlar - 16%

Yağ və yağ məhsulları - 14,9% Ət və ət məhsulları - 11,3%

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm