Paşinyan hökuməti cinsi azlıqlar üçün hərəkətə keçdi: milyonlarla vəsait...
Bizi izləyin

Nida Xəbər

Paşinyan hökuməti cinsi azlıqlar üçün hərəkətə keçdi: milyonlarla vəsait...

Nikol Paşinyan hökuməti Ermənistanda cinsi azlıqların haqq və hüquqlarını qorumaq üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Bildirilib ki, işğalçı ölkənin kənd və qəsəbələrində icma rəhbərləri ilə bu mövzuda görüş keçirilib.

Görüşdə Ermənistanın həm əyalət mərkəzlərində, həm də ucqarlarında yaşayan LGBT nümayəndələrinə, cinsi azlıqlara dözümlü, tolerant yanaşmaları tövsiyyə olunub.

Yüksək rütbəli hökumət nümayəndələri tərəfindən onlara qarşı şiddət göstərilməməsi çağırışı edilib.

Bildirilib ki, cinsi azlıqların hüquqlarını qorumaq üçün Avropa Birliyi Ermənistana kifayət qədər böyük məbləğli vəsaitlər köçürür. Amma bu məsələ Ermənistan ictimaiyyətindən və mediadan gizli şəkildə aparılıb. Sadəcə yerli icra və icma nümayəndələri maarifləndirici toplantılara qatılıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm