Nida Xəbər
“Bayraqdar” Rusiyada istehsal oluna bilər... - yeni RAZILAŞMA
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır. Görüş ərəfəsində belə xəbərlər yayılır ki, Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər”.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert deyir ki, Ərdoğan Putinin belə bir istəyi olduğunu son müsahibəsində də bildirib: “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyilənləri təsdiq edib: “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”.
Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşacaqmı? Rusiya Türkiyəyə S-400 raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var. Bu razılaşma varkən, Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir. Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın “Bayraqdarlar” əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya "Bayraqdar"lar əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?”
(Teleqraf.com)
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video






















.png)












