Nida Xəbər
Tezliklə Laçın DƏHLİZİNƏ alternativ yol və ZƏNGƏZUR... - Deputat AÇIQLADI

Ermənistanın regionda formalaşan yeni düzəni pozmaq cəhdlərinə baxmayaraq bölgənin yeni iqtisadi xəritəsi artıq formalaşmaqdadır. “Qisas” əməliyyatından bir gün sonra İrəvan Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan etdi. 36 kilometrlik yolun cəmi 4 kilometri Ermənistan ərazisinə düşsə də, qarşı tərəf prosesi yubatmağa çalışırdı. Son qarşıdurmadan sonra rəsmi İrəvan mövcud reallığı bir daha qəbul etmək məcburiyyətində qaldı.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov söyləyib.
Millət vəkili bildirib ki, Azərbaycan dəhlizə alternativ yolun inşasını artıq tamamlamaq üzrədir: “Ermənistan baş naziri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru əlaqənin bərpa ediləcəyini bildirdi. İrəvanda artıq anlayırlar ki, üçtərəfli razılaşmada nəzərdə tutulanların yerinə yetirilməsinin alternativi yoxdur. Öhdəliklərə əməl edilməlidir. Zəngəzur dəhlizinin Azərbaycan ərazisinədəki hissəsinin tikintisinin 57 faizi artıq icra edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir”.
V.Bayramovun sözlərinə görə, bütün bunlar Laçın dəhlizinə alternativ yolun və Zəngəzur dəhlizinin tezliklə istifadəyə veriləcəyindən xəbər verir: “Bu isə region üçün yeni reallıqların başlaması demək olacaq. Dəhliz 1.2 trilyon dollarlıq nominal ÜDM-i olan Türk dünyasının quru yolu ilə birləşməsinə imkan verəcək”.
Deputat əlavə edib ki, Azərbaycan gücünü bir daha nümayiş etdirdi:
“Bu, revanşist meyllərin Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Ölkələrin bir-birlərinin ərazi bütövlüyünü tanımasının və davamlı sülhün alternativi yoxdur. Başqa alternativlər barədə düşünmək isə Ermənistanın elə özü üçün ziyanlı olacaq”.
Akqabay

-
Hadisə10:20
Bişkekdən Antalyaya uçan təyyarə Bakıda məcburi eniş etdi
-
Cənubi Qafqaz07:47
Ermənistan Gürcüstandan xahiş edib ki, Rusiyaya... - Nazir AÇIQLADI
-
Dünya03:30
ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?
-
MDB02:42
İranın ölümlə hədələdiyi yazıçı ABŞ-da BIÇAQLANDI
-
MDB02:12
Trampın əmlakına dair axtarış qərarı və inventarı dərc edildi
-
Elm və təhsil01:21
700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nigaranlıq və gərginlik yarana bilər
-
ABŞ00:00
Tramp FTB-ni QINADI: "Könüllü təqdim edə bilərdim"