Nida Xəbər
Səfirliklərimiz də belə qorunmalıdır - Şahinoğlu

"Böyük Britaniyanın və ya ABŞ-ın Azərbaycandakı səfirlikləri az qala hərbi obyektlər kimi qorunur, əvvəlcə qapının ağzındakı köşkdə keşik çəkən Azərbaycan polisinə yaxınlaşmalısan, daha sonra zəngi basıb səfirliyə nə üçün və kiminlə görüşə gəldiyini küçədən bildirməlisən".
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, bundan sonra sənə az qala beton qapıdan içəri keçməyə icazə verirlər:
"Daha sonra ikinci mərhələ başlayır, rentgen aparatından keçirsən, dəmir əşyaları götürürlər, kimliyini təhlükəsizlik əməkdaşına verirsən və səfirliliyin işçisi ilə əlaqə saxlayırsan, minirsən liftə qalxırsan görüşmək istədiyin şəxsin otağına, bəzi hallarda həmin qapıya çatmaq üçün də ara yoxlamadan keçirsən. Başqa sözlə hansısa qrup Böyük Britaniyanın və ya ABŞ-ın Azərbaycandakı səfirliyinə soxulmaq istəsə onlar qapıya çatmadan binadan uzaqlaşdırılacaqlar, heç biri səfirliyin içərisinə daxil ola bilməyəcək. Azərbaycana qarşı təxribatların artdığı həssas dövrdə xaricdəki səfirliklərimiz də belə qorunmalıdır. Buna görə də güc strukturlarımızdakı müvafiq qurumların xaricdəki səflirliklərimizin təhlükəsizliyinin yoxlanışını həyata keçirməsinə və hazırlanacaq hesabat əsasında əyir-əskiklərin düzəldilməsinə ehtiyac var".
Rahib Ələsgərov

-
Hadisə10:55
Fərhad Əhmədovun şirkəti xarici valyutaya görə cərimələndi
-
Hadisə10:20
Bişkekdən Antalyaya uçan təyyarə Bakıda məcburi eniş etdi
-
Cənubi Qafqaz07:47
Ermənistan Gürcüstandan xahiş edib ki, Rusiyaya... - Nazir AÇIQLADI
-
Dünya03:30
ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?
-
MDB02:42
İranın ölümlə hədələdiyi yazıçı ABŞ-da BIÇAQLANDI
-
MDB02:12
Trampın əmlakına dair axtarış qərarı və inventarı dərc edildi
-
Elm və təhsil01:21
700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nigaranlıq və gərginlik yarana bilər