Nida Xəbər
Qazaxıstan da diplomatlarımıza dəstək verdi

Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik", - bəyanatda qeyd olunur.
“Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.
Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”, - Xarici İşlər Nazirliyindən qeyd edilib.

-
Qarabağ 02:12
Xankəndi ermənisi: "Sovetlər dövründə mehriban qonşu olmuşuq" - VİDEO
-
İdman00:30
Güləş millimiz tarixində ilk dəfə dünya çempionu oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi maliyyə itkiləri ola bilər
-
Qarabağ 24 Sentyabr 23:48
Ermənilər Ağdərəni belə tərk edir - VİDEO
-
Mətbəx24 Sentyabr 22:12
AĞLAMAĞI DAYANDIRIN: bundan sonra soğan göz yaşınızı axıtmayacaq
-
Sosial24 Sentyabr 21:12
"Qənirə süni nəfəs aparatındadır, heç bir reaksiya vermir" - Əmisindən üzücü AÇIQLAMA
-
Magazin224 Sentyabr 20:00
Məşhur cütlük boşanır - 3 gün 3 gecə toy etmişdilər
-
Nida Xəbər 24 Sentyabr 19:06
Müdafiə Nazirliyi yeni görüntülər yaydı - FOTO/VİDEO