Nida Xəbər
Zəngilanın baş planı açıqlandı
Zəngilan şəhərinin özünəməxsus simasını formalaşdırmaqdan ötrü baş planda tarixi abidələrin, ətraf mühitin qorunması nəzərdə tutulub və müasir yanaşmalar tətbiq edilib. Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq.
Publika.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, işğal illərində Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2 000 çinar ağacı və 1 000 kiloqrama yaxın palıd toxumu əkilib. Minalardan təmizlənmiş Ağalı kəndinin yerində “ağıllı kənd” konsepsiyasına uyğun olaraq yeni və müasir qəsəbənin salındığını xatırladan xüsusi nümayəndə əlavə edib ki, bu yaşayış məskənində 200 ev, uşaq bağçası, məktəb və bir neçə inzibati binanın inşası başa çatdırılıb, 150 evin, iki və üçmərtəbəli binaların tikintisi davam etdirilir.
Artıq 41 ailənin 201 üzvünə evlərin açarlarının təqdim edildiyi, qəsəbədə məşğulluq probleminin olmadığı, sakinlərin əksəriyyətinin işlə təmin olunduğu vurğulanıb. Dayanıqlı kənd təsərrüfatının, turizm potensialının inkişafı üçün əlverişli mühitin olduğu, yerli və xarici sərmayənin yatırılması nəticəsində müxtəlif layihələrin artıq həyata keçirilməyə başladığı bildirilib. Zəngəzur dəhlizinin bir parçası olan və əlverişli coğrafi mövqeyə malik Zəngilanın bölgədə mühüm logistika məkanına çevriləcəyinə diqqət cəlb edilib.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub








.jpg)
























.jpg)




