Onlara Azərbaycanda yer yoxdur – Musabəyov
Bizi izləyin

Nida Xəbər

Onlara Azərbaycanda yer yoxdur – Musabəyov

“Silahlı ermənilərə Azərbaycanda yer yoxdur”.

Publika.az xəbər verir ki, bunu deputat Rasim Musabəyov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan bu istiqamətdə diplomatik çağırışlar edərək Brüssel, Moskva və Vaşinqtonun diqqətini çəkə bilib:

“Ermənilərin üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən daim yayınmalarını nəzərə alaraq Bakı öz tələblərini kəskin şəkildə qoyur. Üstəlik, terrorla qarşı-qarşıya olduğunu dilə gətirərək separatçıların silsilə təxribatlarına “Qisas” əməliyyatı ilə cavab verdi. Azərbaycanın səsi həm də bu formada eşidildi. Fikrimcə, Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni silahlı birləşmələrindən və Ermənistan silahlı qüvvələrinin qalıqlarından tam azad edilməsi ilə bağlı işlər davam edəcək. Yəni ərazilərimizdə əlində silah olan Ermənistan vətəndaşları, eləcə də onların ixtiyarındakı istənilən hərbi texnikalar əsas hədəflərdir. Onların Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində qeyri-qanuni “səngərlər” qazması, möhkəmləndirmə işləri aparması, süni şəkildə "yeni təmas xəttinin" yaradılması yolverilməzdir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm