Nida Xəbər
Sahibkarların müraciəti nəzarətə götürüldü - İzahat veriləcək
"Qarşıdan payız-qış mövsümü gəlir. Hava soyuduqca mavi yanacağa tələbat artır. Yaşadığımız yeni yaşayış massivində təbii qazın olmaması səbəbindən odun almaq məcburiyyətində qalırıq. Bu da əlavə xərcdir. Massiv sakinlərinin adından sizdən xahiş edirəm ki, yaşadığımız ərazinin qazlaşdırılmasında bizə köməklik edin".
Publika.az xəbər verir ki, bu sözləri Bərdə rayon sakini Aynurə Səfixanova növbəti dəfə rayonda keçirilən "Açıq mikrofon" aksiyası zamanı bildirib.
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov ünvanlanan sualla bağlı qazlaşdırılma prosesinin mərhələli şəkildə icra olunduğunu bildirib. Aksiyada bundan əlavə işə qəbul, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının, əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi və fərdi qazlaşma ilə bağlı müraciətlər də daxil olub. "Səyyar qəbul otağı"nın imkanlarından vətəndaşlarla yanaşı, sahibkarlar da yararlanıblar. Onlar da üzləşdikləri çətinliklərdən söz açıblar.
"Azəriqaz" İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov sahibkarlara lazımi izahat verərək, hər bir müraciətin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO