İslamiadada 5-ci medalımızı qazandıq
Bizi izləyin

Nida Xəbər

İslamiadada 5-ci medalımızı qazandıq

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.

Bununla bağlı Publika.az "report"a istinadla xəbər verir ki, 49 kq-da çıxış edən Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Bu gün həmçinin Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Anna Skidan çəkicatmada qızıl, Aleksis Kopello üç təkanla tullanmada gümüş və taekvondoçu Həşim Məhəmmədov (58 kq) bürünc medal əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm