Nida Xəbər
Ombudsman Baş prokurorla görüşdü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Baş prokuror Kamran Əliyev arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə insan hüquqlarının daha səmərəli təmini istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlər və beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələrin milli qanunvericiliyə implementasiyası sahəsində əməkdaşlıq imkanlarına da toxunulub.
Bundan başqa, Ombudsmanın milli preventiv mexanizm mandatı çərçivəsində ehtimal olunan işgəncə və digər qeyri-insani, ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması məqsədilə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin təşkilində yeni yanaşmaların tətbiqi imkanları geniş müzakirə edilib.
Görüşdə prokurorluq orqanları tərəfindən mediada və sosial şəbəkələrdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn fəaliyyətlə məşğul olan, yalan və ya həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslərə xəbərdarlıq edilməsinin gələcəkdə baş verə biləcək qanunazidd halların qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi

















.jpg)



















