Qanunsuz heyvan kəsən və ət satanlar cəzalandırıldı
Bizi izləyin

Nida Xəbər

Qanunsuz heyvan kəsən və ət satanlar cəzalandırıldı

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Publika.az bildirir ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində yerli icra orqanlarının əməkdaşları ilə birgə Şəki şəhərində və “Şəki bazar” ASC-nin ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilib.

Baxış zamanı fiziki şəxslər Abdıyev Taleh Məmməd oğlu, Alxasov Vüsal Rahim oğlu və Abdullayev İsgəndər Hüseyn oğlunun baytarlıq-sanitariya ekspertizasından keçirilməyən xırdabuynuzlu və iribuynuzlu heyvan ətinin satışını həyata keçirdikləri aşkarlanıb.

Faktla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.

(azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm