Ermənilər üçün vaxt bitdi: ərazimizdə kimlər qala biləcək? - <span class="red">AÇIQLAMA</span>
Bizi izləyin

Nida Xəbər

Ermənilər üçün vaxt bitdi: ərazimizdə kimlər qala biləcək? - AÇIQLAMA

Buzdux yüksəkliyi və Xankəndi ətrafında Azərbaycan Ordusunun nəzarəti bir qədər də genişləndirməsi Ermənistan tərəfindən daha çox narahatlıqla qarşılanır. Amma Azərbaycan tərəfi öz işini ermənilərin narahatlığına uyğun qurmur və görmür. Bu istiqamətdə olan işlər yekunlaşmalıdır. Ermənistandan eşidilən fərqli-fərqli yanaşmalara fikir verilsə, gərək prosesi 28-30 il də gözləməli olaq. Amma indi vəziyyət başqa cürdür və Azərbaycan çox qısa zamanda məsələləri həll etməkdə israrlıdır.

Publika.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

O hesab edir ki, Azərbaycanın bu israrlı davranışını əslində ermənilər özlərinə psixoloji təsir kimi görür: “Çünki onlar buna öyrəşməyiblər və 28-30 il ərzində belə bir mənzərəni təsəvvür etmirdilər. Artıq indi görürlər ki, onlara söz verən Rusiya və Fransa kimi dövlətlərlər “arzularını”, “istəklərini” doğrulda bilmir. Ona görə də edilən cəhdlərin hamısı uğursuzdur və əslində heç nə dəyişən deyil. Bu ayın axırı, gələn ayın əvvəlinə burada bir çox məsələlər öz həllini tapmalıdır. Prosesi uzatmaq cəhdi ermənilər üçün faciəvi ola bilər. Laçın şəhərindən kənar keçəcək yolla bağlı da ermənilərin bir müddət öncə tərəddüdü var idi. İndi quzu balası kimi öz ərazilərində iş görməyə başlayıblar. Amma buna qədər Ermənistan tərəfi bizə deyirdi ki, Laçın şəhərindən keçəcək yol 3 ildə hazır olmalıdır. Amma hələ 2 il tamam olmayıb və s.”

Hərbi ekpertə görə, biz qarşı tərəfə 10 noyabr 2020-ci ilə razılaşması ilə bərabər BMT-nin 4 məlum qətnaməsini də tez-tez xatırlatmalıyıq:

“Çünki BMT Təhlükəsizlik Şurasının qətnaməsi də tam icra edilməlidir. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi qeyd edilib. Eyni zamanda qeyri-qanuni erməni silahlıları da buradan çıxarılmalıdır. İndiki halda ermənilərin həmin sənəddə “Ermənistan erməniləri”, “Qarabağ erməniləri” anlayışlarını qabartması absurddur. Bu necə olar bilər ki? Keçmiş SSRİ dövründən Azərbaycan vətəndaşı olmayan erməninin ərazimizdə qalması mümkün deyil. Onun Suriyadan, Livandan, Rusiyadan gəlməsi heç bir halda qəbul edilmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm