Nida Xəbər
“Mehmandarovlar” filmi ilin sonunda ekrana çıxacaq - FOTO

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında növbəti filmin çəkilişləri yekunlaşıb.
Publika.az xəbər verir ki, Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Y.Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.
7 hissədən ibarət filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.
Filmin çəkilişləri kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini ziyarət ediblər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.



-
İdman11:46
Qurban Qurbanovun ailəsinin çempionluq FOTOSU
-
Dünya11:39
Məşhurlar Ərdoğanı belə təbrik edir: Ömrümdən 40 il sənin olsun, rəis
-
Magazin111:08
"Birinci dəfə ailə həyatı quranda..." - Roza Zərgərli
-
İdman10:30
Ramil Şeydayevlə Qurban Qurbanov belə vidalaşadı - TƏSİRLİ ANLARIN VİDEOSU
-
Magazin210:00
Alişandan Ərdoğana DƏSTƏK: "Hər zaman qalib gələn böyük lider"
-
Ekologiya07:17
Bu yerlərdə yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
-
Magazin106:16
“21 gün xəstəxanada həyatda qalma mübarizəsi apardım”
-
Magazin203:13
Edis azərbaycanlı xanım reperə dəstək oldu - FOTO