Azərbaycan ərazisində YALNIZ BİR ORDU mövcuddur - RƏY
Bizi izləyin

Nida Xəbər

Azərbaycan ərazisində YALNIZ BİR ORDU mövcuddur - RƏY

"Azərbaycan əhalisinin 49,2 faizi hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır".

Publika.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin əhali arasında həyata keçirdiyi rəy sorğusunda açıqlanıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatların hərbi-siyasi mahiyyətinin qiymətləndirilməsi çərçivəsində respondentlərin mövqeyi öyrənilib.

Respondentlərin 17,2%-i hərbi əməliyyatları Azərbaycan ərazisində yalnız bir milli ordunun varlığının göstəricisi kimi xarakterizə edib. Azərbaycanın hərbi əməliyyatlarla Ermənistanı sülhə məcbur etdiyini düşünənlərin göstəricisi 13,3% təşkil edib.

Təxminən eyni sayda respondentin mövqeyində hərbi əməliyyatlar Qarabağda ermənilərin yeni təmas xətti çəkmək cəhdlərinə qarşı (9,1%) və yeni müharibə ehtimalı (9,6%) olaraq dəyərləndirilib.

Təxminən hər beş respondentdən biri (22,4%) Qarabağda aparılan hərbi əməliyyatların hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib.

Respondentlərin 15,9%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm