Nida Xəbər
Ombudsmandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ
"İşğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir".
Publika.az xəbər verir ki, bu, Azərbaycan Ombudsmanın yaydığı məlumatda bildirilib.
"Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də Laçın rayonu ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Təəssüf ki, Ermənistan tərəfindən işğal dövründə basdırılmış tank və piyada əleyhinə minaların dəqiq xəritələrinin verilməməsi bu cür ağır nəticələrə gətirib çıxarır.
Azərbaycanın sülh quruculuğu üçün zəruri olan addımları atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirdiyi postmüharibə dövründə Ermənistan tərəfinin insanların həyatı üçün birbaşa təhlükə yaradan bu laqeyd münasibətini qınayır, cinayətlərin törədilməsində məsul şəxslərin məsuliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan tərəfinə kompensasiya ödənilməsi ilə əlaqədar tədbirlər görməyə və bir daha beynəlxalq ictimaiyyəti bu mövzu ilə əlaqədar qəti çağırışlar etməyə səsləyirik", - məlumatda qeyd olunub.
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi

















.jpg)



















