Qadın hərbi qulluqçularla görüşlər keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Qadın hərbi qulluqçularla görüşlər keçirildi - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərlə hərbi hissələrdə görüşlər keçirib.

Publika.az "trend"-ə istinadla bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşlərdə Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər struktur bölmələrdə xidmət edən qadın hərbi qulluqçuların və mülki işlərdə çalışan qadınların əməyinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirildiyi qeyd olunub.

Sonda qadın hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm