Şarl Mişel İlham Əliyevə zəng etdi
Bizi izləyin

Nida Xəbər

Şarl Mişel İlham Əliyevə zəng etdi

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

xxx

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə hazırlıq danışıqları aparacağını bildirib.

Publika.az xəbər verir ki, Ş.Mişel bu barədə özünün “Twitter” mikrobloqunda məlumat yerləşdirib.

Avqustun 31-də Brüsseldə Nikol Paşinyan, İlham Əliyev və Şarl Mişelin üçtərəfli görüşü planlaşdırılır.

Şarl Mişel öz mesajında telefon danışıqlarının Brüsseldə dördüncü üçtərəfli görüşdən əvvəl baş tutacağını bildirib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm