Qadın Parlament Sədrləri Sammitinin iştirakçıları Səmərqəndə səfər etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Qadın Parlament Sədrləri Sammitinin iştirakçıları Səmərqəndə səfər etdi - FOTO

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək məqsədilə Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfər edib. Sammitdə iştirak edən nümayəndə heyətləri Özbəkistanın Səmərqənd şəhərinə gəliblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, sammitdə iştirak edən parlament rəhbərləri və onların başçılıq etdikləri nümayəndə heyətləri Səmərqəndin tarixi və mədəni yerləri ilə tanış olublar.

Qonaqlar Uluqbek Rəsədxanası, Müqəddəs Daniil məqbərəsi, Şahi-Zində məqbərəsi, Bibixanım məqbərəsi, Registan meydanı və Əmir Teymur məqbərəsində olublar. Burada nümayəndə heyətlərinin üzvlərinə tarixi yerlər haqqında ətraflı məlumat verilib.

Sahibə Qafarova Özbəkistan kütləvi informasiya vasitələrinə müsahibə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm